"Qafqazinfo" xəbər verir ki, Çili Avstraliyaya qarşı mübarizəyə başlayır. Çili bu oyunda açıq-aşkar favorit qismində təqdim edilir. Lakin 90 dəqiqənin tamamında istənilən nəticə qeydə alına bilər.KOmandaların start heyətləri belədir;
Çili: 1. Bravo, 2. Mena, 4. İsla, 7. Alexsis, 8. Vidal, 10 Valdivia, 11. Varqas, 17. Medel, 18. Jara, 20. Aranquiz, 21. Dias.
Avstraliya: 1. Ryan, 2. Franjiç, 3. Davidson, 4. Cahill, 5. Milliqan, 6. Spiranoviç, 7. Leckie, 11. Qar, 15. Jednak, 22. Vilkinson, 23. Bresciano.
***
12-ci dəqiqədə Aleksis Sançez Çilini hesabda önə keçirir.1-0
***
Birinci qoldan 2 dəqiqə keçməmiş Çili Avstraliya üzərində üstünlüyünü 2 topa çatdırıb. Xorxre Valdivya komandasının 2-ci qolunu vurub. "Barselona"nın ulduz futbolçusu Aleksis Sançez hesabı açdıqdan sonra komanda yoldaşına məhsuldar ötürmə də edib.
***
35-ci dəqiqədə Tim Kehil gözəl qolla Avstraliyanın bu görüşdə ilk qolunu vurub. Hələlik 2-1 hesabı ilə Çili öndədir.
***
90+2-ci dəqiqədə Jan Visiju Çilinin görüşdə 3-cü qolunu vurub.
Çili Avstraliya üzərində 3-1 hesablı qələbəsindən sonra ilk 3 xalını qazanıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər