“Qafqazinfo” xəbər verir ki, ev sahibi Braziliya play-off da Çili ilə qarşılaşacaq. Samvaçıların bu mənada bəxtləri gətirib. Çünki 1/8 final mərhələsində Hollandiya kimi güclü komanda ilə üzləşmək heç də yaxşı nəticələərə gətirib çıxarmayacaqdı. Lakin Çili üçün arzuolnmaz rəqib çıxdı. Aleksis Sançezin komandası indiyənə kimi 3 dəfə 1/8 final mərhələsinə adlayıb ki, hər 3 mərhələdə onların qarşısını sambaçılar kəsiblər. Yenə də növbəti 1/8, yenə Çili Braziliya ilə qaşılaşır. İlk play-off görüşü iyunun 28-də elə bu cütlük arasında oynanılacaq.
Digər cütlük isə Hollandiya ilə Meksikadır. Qrupunu lider kimi tamamlayan Hollandiya Braziliyadan sonra qrupda ikinci sırada qərarlaşan Meksika yığması ilə qarşılşacaq. Hollandiya-Meksika qarşılaşması isə iyunun30-da keçirləcək.
Iqbal
Son xəbərlər
Son Xəbərlər