“Qafqazinfo” xəbər verir ki, Torres və Şedjunun qarşılıqlı qollarıyla oyunun nəticəsi müəyyənləşib. Məsələnin həlli, ¼ finalçının adı İngiltərədə martın 18-də müəyyənləşəcək. Ancaq bu cür hesab heç şübhəsiz ki, ingilis klubuna sərf edir. Lakin ötən il də Çempionlar Liqası 1/8 final mərhələsində, “Qalatasaray” öz meydanında “Şalke” ilə 1-1 hesablı bərabərlik əldə etmiş səfərdə isə “Şalke”ni 3-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlamışdı. Doğrudur, “Çelsi” “Şalke” deyil, daha güclü və təcrübəli bir klubdur. Ancaq Türkiyə təmsilçisinin ¼ finala adlayacağına ümid etmək olar.
İqbal
Son xəbərlər
Son Xəbərlər