“Cimbom” üçün bir gülləyə iki quş!

cimbom-ucun-bir-gulleye-iki-qus
Oxunma sayı: 656

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Yuve” istanbulluların ispaniyalı futbolçusu Albert Rieranı heyətinə qatmaq istəyir. Sol cinah müdafiəçisi Melo ilə dəyişdiriləcək.
Bu keçid baş tutacağı halda “Qalatasaray”ın Melonun transferinə görə daha az məbləğdə pul ödəyəcəyi məlumdur. Digər tərəfdən komandaya heç cür uyğunlaşa bilməyən Riera satılmış olacaq. Bundan başqa, “Qalatasaray” rəhbərliyi bir neçə gün əvvəl məşqdə əlbəyaxa olan iki futbolçudan birinin komandadan getməsinin məqsədəuyğun olduğu fikrindədir.

Ceyhun Əhmədov