Bakıda daha bir nəfər dənizdə batıb.
“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Vüqar Nəriman oğlu Osmanov qadağan olunmuş ərazidə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər