Çimərlik paltarında qara atılan aktrisa koronavirusa yoluxdu - Video

cimerlik-paltarinda-qara-atilan-aktrisa-koronavirusa-yoluxdu
Oxunma sayı: 3167

Bir neçə gün əvvəl sosial şəbəkə hesabında çimərlik paltarında qara atıldığı videosunu paylaşan türkiyəli aktrisa Pelin Akil koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, iki uşaq anası olan aktrisanın COVID-19 testi pozitiv çıxıb. Pelin bu barədə də sosial şəbəkədə yazıb: 

“PCR testim pozitiv çıxdı. Ümid edirəm, qızlarıma bir şey olmaz”. 

Qeyd edək ki, Türkiyədə intensiv qar yağışından sonra şou nümayəndələri çimərlik paltarında qarın üzərinə atılmaları ilə bağlı trend başladıblar.