Çimərlik zonalarının çirklənməsi ilə bağlı ETSN-dən açıqlama

cimerlik-zonalarinin-cirklenmesi-ile-bagli-etsn-den-aciqlama
Oxunma sayı: 1065

Ekologiya  və Təbii Sərvətlər Nazirliyi çimərlik zonalarının çirklənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

Xəbəri rus dilində oxuyun: В Бине и Седереке проведена операция

O qeyd edib ki, son zamanlar aparılan monitorinqlər zamanı Pirşağı çimərliyinin çirkli ərazi olduğu məlum olub: “Bir neçə ildir ki, Pirşağı çimərliyi əhalinin çimməsi üçün yararsızdır. Məsələnin həlli kimi “Azərsu” ASC tərəfindən sutəmizləyici qurğunun inşası həyata keçirilir. Bundan sonra Kürdəxanı, Digah və digər ərazilərdə də çirkab sular həmin qurğuya yönləndiriləcək. Qurğunun istifadəyə verilməsindən sonra bu problem aradan qalxacaq. Ümumilikdə 11 qəsəbənin suyu orada təmizlənərək Xəzərə axıdılacaq”.

“Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasovun sözlərinə görə, ölkədə hazırda 23 sutəmizləyici qurğu istismar olunur: “Onlardan 4 ədədi Abşeron yarımadasındadır. Bunlar Hövsan, Sumqayıt, Buzovna və Mərdəkan-Şüvəlanda yerləşir. Sözügedən qurğuların 19 ədədi isə regionlardadır”.

Şöbə rəisi əlavə edib ki, Abşeronda 11 ədəd təmizləyici qurğu tikiləcək. Artıq bununla bağlı tikinityə başlanılıb və bu sahədə iş gedir.

Gülnar Əliyeva