"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus “LEXUS”, “LAND ROVER” və “ЗАЗ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus “ЗАЗ” markalı minik avtomobilinin yanar hissələri yanmış və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində vəfat edib. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər