Çimərliklərdə daha çox harada boğulma halları olur? - Video

cimerliklerde-daha-cox-harada-bogulma-hallari-olur
Oxunma sayı: 2495

Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, “Xezerxeber.az”ın məlumatına görə, Xəzər dənizindəki batmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib.

Bildirilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur.

Həmçinin, sualtı təhlükələrin çox olduğu ərazilər də açıqlanıb. Belə ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və qeyd edilib ki, burada baş verən boğulma hadisələrinin sayı çoxdur.

Daha ətraflı süjetdə: