Çimərliklərdə hava necə olacaq?

cimerliklerde-hava-nece-olacaq
Oxunma sayı: 2576

Abşeron çimərliklərində sabah gözlənilən hava şəraiti açıqlanıb.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti gözlənilir.