Çin ABŞ-ı psixoloji terrorda ittiham edib

cin-abs-i-psixoloji-terrorda-ittiham-edib
Oxunma sayı: 778

Çin Amerikaya qarşı ciddi ittiham səsləndirib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kommersiya Nazirliyinin rəsmisi Qao Fen ABŞ-ı psixoloji terror törətməkdə günahlandırıb. O, Amerika ilə yaşanan ticarət müharibəsindən danışarkən bu fikirləri səsləndirib. Nazirlik rəsmisinin fikrincə, ABŞ-ın Çinə və digər tərəfdaşlarına etdiyi təhdidlər psixoloji təzyiqdir: “ABŞ bütün dünyaya, eləcə də özünə atəş açır”. 

Aysel Kərimova