ABŞ-ın Çin istehsalı olan 1300 adda məhsulların idxalına əlavə 25 faiz gömrük rüsumu tətbiq etməsi iki ölkə arasında gərginliyə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Çin Dünya Ticarət Təşkilatına müraciət edərək tərəflər arasındakı anlaşmazlığın həllini istəyib.
Çinin bu tələbinə ABŞ-ın 10 gün ərzində cavab verməsi vacibdir. Prosesin 2 ay ərzində yekunlaşması gözlənilir.
Qeyd edək ki, ABŞ-ın 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyi Çin məhsullarının siyahısının yaxın günlərdə açıqlanacağı gözlənilir. Çin də buna cavab olaraq ABŞ-dan idxal edilən 128 adda məhsula 15 və 25 faiz iki fərqli əlavə gömrük faizi tətbiq etməyi nəzərdən keçirir.
Son xəbərlər
Son Xəbərlər