“Çin ABŞ üçün Rusiyadan daha böyük problemdir”

cin-abs-ucun-rusiyadan-daha-boyuk-problemdir
Oxunma sayı: 875

“Çin Xalq Respublikası ABŞ üçün Rusiyadan daha çox xarici siyasət və digər problemləri yaradır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib:

“Düşünürəm ki, bizim Çin üzündən daha çox problemlərimiz yaranır, nəinki Rusiya. Çin daha böyük problemdir”.

Tramp buna misal olaraq “Çindən ABŞ-a gələn koronavirus” problemini göstərib. Onun sözlərinə görə, bu virusdan sonra indiyədək görülməyən nəticələr göstərən Amerika iqtisadiyyatı ciddi ziyana uğradı. Tramp ABŞ-da sərt karantin tədbirlərinin tədricən yumşaldılmağa başladığını və yenidən ölkə iqtisadiyyatının yaxşı nəticələrə dönəcəyini vurğulayıb.