Çin BBC-nin yayımını qadağan etdi

cin-bbc-nin-yayimini-qadagan-etdi
Oxunma sayı: 814

Çin hökuməti ölkə ərazisində “BBC World News”un yayımını qadağan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb kimi BBC-nin etibarlılıq tələblərini pozması və dövlət maraqlarına xələl gətirməsi göstərilib.

"Kanal Çində yayımlanmaq üçün tələbləri yerinə yetirmədiyi üçün ÇXR-də fəaliyyətini davam etdirə bilməz”, - deyə Çinin Radio və Televiziya Baş İdarəsinin yaydığı məlumatda deyilir.