“Çin digər ölkələri işğal etməyəcək”

cin-diger-olkeleri-isgal-etmeyecek
Oxunma sayı: 1955

“Çin digər ölkələri işğal etməyi, zorakılığa məruz qoymağı hədəfləmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsi beynəlxalq mövqeyini dünyada hegemonluq qurmaq üçün istifadə etməyəcək:

“Çin hər zaman dünyada sülhün memarı, qlobal inkişafa dəstək verən bir ölkədir, eyni zamanda, beynəlxalq nizamın müdafiəçisidir. Çin yeni inkişafı ilə dünyaya yeni fürsətlər təqdim etməyə davam edəcək”.