Çin gəmisi Tatar boğazında batdı

cin-gemisi-tatar-bogazinda-batdi
Oxunma sayı: 1263

Çinə məxsus “Yong Zing 56” yük gəmisi Tatar boğazında batıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyi (Rosmorreçflot) yayıb.

Məlumata görə, alüminium oksidlə yüklü gəmi Vanino limanının yaxınlarında batıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Gəminin heyəti xilas edilib.

Gəminin fevralın 23-ü qəza siqnalı verdiyi bildirilir.