Çin gəmisi Yaponiya sahillərində qəzaya düşdü - 18 nəfər itkin düşdü

Çin gəmisi Yaponiya sahillərində qəzaya düşdü
Oxunma sayı: 1002

Çinin yük gəmisi Yaponiya sahillərində qəzaya düşüb.

“Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, gəminin göyərtəsində 22 nəfər olub.

Onlardan cəmi 4 nəfər xilas edilib, 18-i isə itkin düşüb. Onların hazırda xilasedici qayıqlarda üzdüyü ehtimal edilir.

Gəminin göyərtəsində olan şəxslər Çin və Myanma vətəndaşlarıdır.