Çin-Hindistan sərhədində hərbçilər arasında qarşıdurma

cin-hindistan-serhedinde-herbciler-arasinda-qarsidurma
Oxunma sayı: 976

Çin və Hindistanın sərhədində hərbçilər arasında yenidən qarşıdurma yaşandığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisənin Hindistanın Naku La keçidində baş verdiyi, hər iki tərəfdən yaralılar olduğu bildirilib.

Xatırladaq ki, Çin və Hindistan hərbçiləri arasında 2020-ci ilin iyun ayında qarşıdurma yaşanmış, nəticədə, 20 Hindistan əsgəri həyatını itirmişdi.

Qeyd edək ki, iki ölkə arasındakı Himalay dağları ilə əhatə olunan sərhəd xətti Çin və Hindistan arasında dominantlıq mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələrin olduğu 3500 kilometrlik sərhəd tərəfləri tez-tez qarşı-qarşıya gətirir.