Çin hökuməti 113 milyard dollar dəyərində bir sıra nəqliyyat layihələri hazırladığını, bunun əsas məqsədinin ölkə iqtisadiyyatına təkan vermək olduğunu açıqlayıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, layihələrin icrası son maliyyələşdirmə təsdiqləndikdən sonra başlayacaq.
Çin Nəqliyyat Nazirliyinin nümayəndəsi Vu Çungenq bildirib ki, hətta mayın 1-dən 5-dək keçiriləcək tətillərə baxmayaraq, çinlilər səyahət etməkdə hələ ki, o qədər maraqlı deyillər. Ölkədə bir çox insan hələ də koronavirus epidemiyasına görə çox narahatdır.
Qeyd edək ki, Çində bu günə qədər 82 862 insan koronavirusa yoluxub, onlardan 4 633-ü xəstəlik səbəbindən həyatını itirib, 77 610 pasiyent isə müalicə olunaraq sağalıb.
Son xəbərlər
Son Xəbərlər