İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, nazir Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirib, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.
Səfirölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib, iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.
Şahin Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını ölkəmizə səfərə dəvət edib.
Son xəbərlər
Son Xəbərlər