Çin klubları üçün ağır qərar - Limit qoyuldu

cin-klublari-ucun-agir-qerar
Oxunma sayı: 1359

Çin Super Liqasında yeni limit müəyyənləşdirilib.

Qafqazinfo” xəbər verir ki, Çin çempionatının başlamasına az qalmış futbol federasiyası legionerlərə tətbiq olunan limiti dəyişdirib.

İndiyə qədər Çin çempionatında hər komanda oyuna 4 legionerlə çıxa bilərdi. Yeni qərardan sonra komandalar meydana yalnız 3 legioner buraxa biləcəklər. Yerli futbolçulardan biri isə mütləq 23 yaşa qədər olmalıdı.