Çin futbol klubu İngiltərənin "Çelsi" klubunun hücumçusu Diyeqo Kostaya illik 34 milyon avro məvacib təklif edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Sözügedən təklifi edən komandanın adı açıqlanmır.
Bundan əlavə İngiltərə çempionatının 21-ci turu çərçivəsində "Lester"lə keçiriləcək oyunda 28 yaşlı forvard meydana çıxmayacaq.
Buna futbolçunun komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə mübahisə etməsi səbəb olduğu bildirilib.
Qeyd edək ki, Kosta bu sezon 21 oyun keçirib. O, bu matçlarda toplam 14 qol vurub, 5 məhsuldar ötürmə edib.
Son xəbərlər
Son Xəbərlər