Çin konsulluğu qarşısında atəş - Ölən var

cin-konsullugu-qarsisinda-ates
Oxunma sayı: 709

Çinin ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğunun qarşısından silah səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Los-Angeles Daily News qəzeti məlumat yayıb.

Atəş açan şəxsin 60 yaşı olduğu və onun daha sonra avtomobilində intihar etdiyi vurğulanb.

Şəhər polisinin verdiyi məlumata əsasən hadisə nəticəsində xəsarət alan olmayıb. Ölən şəxsin kimliyi isə açıqlanmır.

Nəşrin məlumatına görə, silahlı şəxsin neçə atəş açdığı dəqiq bilinmir. Həmçinin hədəfin konsulluq yoxsa konkret bir şəxs olduğu da məluma deyil.