Çinin ən dəyərli internet və texnologiya şirkətlərindən biri olan “Tencent” “Tesla”nın səhmdarları arasına qatılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət SEC sənədlərinə görə “Tesla”nın yüzdə 5% hissəsini satın alıb.
Çinin ən məşhur mesajlaşma tətbiqlərindən “WeChat”ın sahibi olan “Tencent” bunun üçün qarşı tərəfə 1,7 milyard dollar ödəyib.
Çin şirkətinin gəlirləri 2016-cı ildə 48% artıb və kompaniya 21,9 milyard dollarlıq rekord gəlir əldə edib.
Son xəbərlər
Son Xəbərlər