Çin orbitə iki peyk buraxdı

cin-orbite-iki-peyk-buraxdi
Oxunma sayı: 1208

Çin Xalq Respublikası (ÇXR) orbitə iki yeni peyk buraxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb. “Long March-11” raket-daşıyıcı iki eksperimental peyklə Sıçuan əyalətinin Siçanq kosmodromundan buraxılıb. Qeyd edilir ki, bu, həmin kosmodramdan həyata keçirilən ilk uçuşdur.

Peyklər Yeri müşahidə etmək üçün yeni texnologiyanı sınaqdan keçirməkdən ötrü istifadə olunacaq.

Qeyd edək ki, ABŞ-ın SpaceX şirkəti "Crew Dragon" adlı kosmik gəmisini iki astronavtla birlikdə kosmosa göndərib.