Çin ordusu Tayvan yaxınlığında hərbi təlimlərə başladı

cin-ordusu-tayvan-yaxinliginda-herbi-telimlere-basladi
Oxunma sayı: 1453

Çin ordusu Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, təlimlər bu gün səhər saat 07:45-də (Pekin vaxtı ilə) Tayvan boğazında, Tayvanın şimalında və cənubunda, eləcə də şərqindəki akvatoriyada başlayıb.

Hazırda təlim prosesi Szinmen, Matzu, Uqyu və Donyin adaları yaxınlığında aparılır.