“Silikon Vadisi”nin Çin analoqunun inkişaf planı gələn ayın sonunda təqdim ediləcək.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, hazırlanmasına 3 ildən çox vaxt sərf edilən layihə artıq hazırdır.
Bu layihə Honkonq, Makaon, Quançjou, Şençjen də daxil olmaqla Quandun əyalətinin 9 şəhərini birləşdirəcək. Birləşdiriləcək ərazinin ümumi sahəsi 56,6 min kvadrat kilometrdən böyük olacaq
Hökumət üstünlüyü Çinin cənub hissəsinə heç də əbəs yerə verməyib. Belə ki, təkcə 2016-cı ildə ölkənin ümumi daxili məhsulunun 12,5%-i məhz bu regionun payına düşmüşdü.
Güman edilir ki, Honkonq sözügedən regionun maliyyə, ticarət mərkəzi və əsas nəqliyyat şəbəkəsi olacaq. Asiyanın Las-Veqası kimi adlandırılan Makao isə turistlərin cəlb olunacağı yer və portuqal dilli ölkələr ilə ticarət platforması kimi çıxış edcək.
Dünyanın bütün nöqtələrindən olan startapların yerləşdikləri və öz məhsullarını istehsal etdikləri sənaye mərkəzi olan Şençjen şəhəri innovasiyaların öz diqqətini innovasiyaların yaradılmasına ayıracaq.
Son xəbərlər
Son Xəbərlər