Çin Prezidenti Si Tsinpin 900-dən çox insanın ölümünə səbəb olan koronavirusdan ilk dəfə danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, dövlət televiziyasına açıqlamasında virusun yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görüləcəyini bildirib:
“Koronavirus epidemiyasının yeni növünün yaratdığı vəziyyət hələ də ciddi olaraq qalır. Çin, şübhəsiz ki, virus yayılmasının qarşısını ala bilər. Hubey şəhərində virusun yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görəcəyik".
Çin Prezidenti hökumətin iqtisadiyyata ciddi təsir edən epidemiya səbəbiylə iş yerlərindəki geniş miqyaslı ixtisarların qarşısını alacağını da sözlərinə əlavə edib: “Həmçinin Çin 2020-ci ildə iqtisadi və sosial hədəflərinə çatmaq üçün səylərini davam etdirəcək”, -deyə qeyd edib.
Son xəbərlər
Son Xəbərlər