Çin səfirinin diplomatik fəaliyyəti başa çatıb

cin-sefirinin-diplomatik-fealiyyeti-basa-catib
Oxunma sayı: 748

Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Vey Cinhua Çinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə edib.

E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Vey Cinhuana təşəkkür edib.

Elmar Məmmədyarov Səfiri Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzulayıb.