Çinin şimal hissəsində yerləşən Hebey əyalətinin Bodinq şəhərində güclü yağışlardan sonra daşqınlar baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər leysan yağışların səbəb olduğu daşqınlarda 10 nəfərin öldüyünü açıqlayıb.
Şəhərin infrastrukturunun zədələndiyi sel fəlakətində 18 nəfər itkin düşüb.
Əhaliyə geoloji risklər barədə xəbərdarlıq edilib və qırmızı həyəcan siqnalı verilib.
Təxminən 600 min insanın risk altında olduğu bölgədə təxliyə işlərinə başlanılıb.
Son xəbərlər
Son Xəbərlər