Çin Tayvanı müharibə ilə hədələdi

cin-tayvani-muharibe-ile-hedeledi
Oxunma sayı: 2073

Çin Tayvanı separatçı cəhdlərə qarşı müdafiə etməyə hazır olduğunu və bunun üçün müharibə riskini götürəcəyini bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər veri ki, bu haqda Çinin müdafiə naziri Vey Fınqhi açıqlama verib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çienin sözlərinə görə, nazir Vey amerikalı həmkarı Lloyd Ostin ilə görüşündə “Tayvanın müstəqilliyi cəhdlərini nəyin bahasına olursa-olsun yatıracaq və əgər belə bir addım atmazsa, bu məqsəd üçün mübarizə aparacağıq” deyib.

Görüşdə çinli nazir ölkəsinin Tayvanla bağlı mövqeyini və həssaslığını təkrarlayaraq, Çin ordusunun Tayvanı vətəndən ayırmağa cəsarət edənlərə qarşı öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu vurğulayıb.

Vey ABŞ-ın Tayvana silah satışının “vahid Çin” prinsipini və Çin-ABŞ münasibətlərinin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəliklərini pozduğunu, bunun Tayvan boğazında sülh və sabitliyə zərər verdiyini bildirib.

Pentaqonun görüşlə bağlı verdiyi açıqlamada nazir Ostinin görüş zamanı ABŞ-ın “vahid Çin” siyasətinə sadiq qaldığı vurğulanıb və Pekin rəhbərliyinə Tayvanı sabitliyi pozacaq hərəkətlərdən çəkinməsi ilə bağlı xəbərdarlıq etdiyi qeyd olunub.