Çin və Türkiyənin bu məsələdə mövqeyi oxşardır

cin-ve-turkiyenin-bu-meselede-movqeyi-oxsardir
Oxunma sayı: 2533

“Çin və Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi bənzərdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Astanada Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Çin və Türkiyənin Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı və digər məsələlərdə oxşar baxışları var”, - Çin lideri bildirib.

Onun sözlərinə görə, Çin və Türkiyə qarşılıqlı maraqlara əsaslanaraq bir-birini dəstəkləməli, siyasi etimadı daim gücləndirməli, yüksəksəviyyəli qarşılıqlı fəaliyyəti təşviq etməli və ikitərəfli strateji əməkdaşlığı daha fəal şəkildə inkişaf etdirməyə çalışmalıdır.