Çin xəstələrlə bağlı bilərəkdən səhv məlumat yayıb - ABŞ kəşfiyyatı

cin-xestelerle-bagli-bilerekden-sehv-melumat-yayib
Oxunma sayı: 8481

ABŞ kəşfiyyatı Çinin yeni növ koronavirusdan ölənlərin və yoluxanların sayını bütün dünyadan gizləməsi barədə xüsusi sənəd hazırlayıb.

“Qafqazinfo” “Blooomberg”ə istinadən xəbər verir ki, sözügedən sənəd ötən həftə Ağ Evə təqdim olunub. Bildirilir ki, Çin ölkədə Covid-19-a yoluxanların və ölənlərin sayını bilərək az göstərib. Belə ki, epidemiyanın 2019-cu ilin sonunda Uhanda başlamasından sonra sadəcə simptomları olan xəstələrin statistikası aparılıb. Xəstəliyin simptomları olmayan, ancaq koronavirusa yoluxan on minlərlə şəxsin qeydiyyatı isə aparılmayıb.

Çinlə yanaşı, İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla bəzi ölkələr rəqəmləri şübhəli göstərib.

Con Hopkins Universiteti Çində hazırda 82 min yoluxma, 3300 ölüm faktını qeyd edir.