Cinayət hadisələrinin üstü 92 faiz açılıb- - Gəncədə

cinayet-hadiselerinin-ustu-92-faiz-acilib-
Oxunma sayı: 1598


Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti də bu günü təntənə ilə qeyd edib. “Qafqazinfo” ya daxil olan məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov cari ilin ilk 6 ayının göstəricilərinə nəzər salıb. Bildirib ki, hesabat dövründə qeydə alınan müxtəlif növlü cinayət hadisələrinin üstü 92% açılıb. Gəncə polisinin avtomobil təsərrüfatı təzələnib və asayışın tam qorunması təmin olunur. Bundan başqa Baş İdarənin Kəpəz rayon Polis İdarəsi və Nizami rayon Polis İdarəsi üçün yeni binalar tikilib və istifadəyə verilib. 

Təbrik nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib və bundan sonra da asayiş keşiyində ayıq-sayıq dayanmağı tövsiyyə edib. İcra başçısı qanunun aliliyinin təmin olunmasında və ictimai asayişin qorunmasındakı xidmətlərinə görə bir qrup polis əməkdaşını fəxri fərman və qiymətli hədiyyələrlə təltif edib. 

Daha sonra Daxili İşlər naziri Ramil Usubovun əmrinə və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı rütbə və döş nişanı ilə, bir aylıq əmək haqqı həcmində pul mükafatı və fəxri fərmanla təltif olunublar.