Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif edilir

cinayet-mecellesine-200-e-yaxin-deyisiklik-teklif-edilir
Oxunma sayı: 2474

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Milli Məclisə təqdim edilmiş Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı yeni layihə müzakirə edilib. 

Qeyd edək ki, Məcəlləyə 200-ə yaxın dəyişiklik təklif edilir.

Komitə iclasında həmçinin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun layihələrinə dəyişiklik edilməsi məsələsi də müzakirə edilib.

Günel Türksoy