Cinayət Məcəlləsinin bu maddəsi ləğv edilə bilər

cinayet-mecellesinin-bu-maddesi-legv-edile-biler
Oxunma sayı: 3077

Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə ilə bağlı 331-ci maddəsinin ləğv edilməsi təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sözügedən Məcəlləyə dəyişiklik edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda maddənin 331.3-cü bəndinin tələbinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Günel Türksoy