Meksikanın Syudad-Xuares şəhərində cinayətkar dəstələrarasında baş verən silahlı qarşıdurma zamanı azı 24 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico.tv” portalı məlumat yayıb.
Məlumata görə, iyun ərzində Syudad-Xuares şəhərində ümumilikdə 71 nəfər qətlə yetirilib. Şəhərdə zorakılığın artmasına səbəb "Xuares" və "Sinaloa" kartelləri arasında yaşanan qarşıdurma göstərilir.
Son xəbərlər
Son Xəbərlər