“Cinayətlərin 99 faizi açılıb”

cinayetlerin-99-faizi-acilib
Oxunma sayı: 1473

2022-ci ilin ilk 8 ayı ərzində Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayətlərin 99 faizi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev "Xalq qəzeti"ndə dərc edilən məqaləsində qeyd edib. O qeyd edib ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə cinayətlərin sayı azalıb:

“Qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80%, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2%, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1%, fərarilik cinayətləri 40%, xuliqanlıq cinayətləri 20% azalıb”.