“Cinayətlərini gizlədə bilməyəcəklər” - Ruhani danışdı

cinayetlerini-gizlede-bilmeyecekler
Oxunma sayı: 1497

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının diplomatik əlaqələri kəsməsi ilə bağlı qərarına münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, Ər-Riyadın qərarı şiə din xadiminin cinayətkar edamını gizlətməyə yardım etməyəcək:

“Səudiyyə Ərəbistanı dini liderin edamını –öz cinayətini İranla siyasi əlaqələri pozmaqla gizlədə bilməyəcək”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında aralarında şiə lideri Nimra ən Nimra da olmaqla 47 nəfərin edamı iki ölkə arasında əlaqələrə son qoyub.