Çində 5 nəfər leysanın qurbanı olub

cinde-5-nefer-leysanin-qurbani-olub
Oxunma sayı: 723

Çinin şimalında güclü leysan yağışları nəticəsində azı 5 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.

“Qafqazinfo” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, iyulun 10-da Sinşjou şəhərinə və ona yaxın bölgələrə güclü leysan yağıb. Nəticədə isə Yantou və Tayhuay qəsəbələrində daşqınlar əmələ gəlib. Daşqınlar 3 nəfərin həyatına son qoyub, daha 3 nəfər isə xəsarət alıb.

Lakin iyulun 11-i Çzinçen şəhərinə də güclü yağış yağıb. Burada isə 2 nəfər həlak olub, 10 nəfər itkin düşüb.