Çində 50 minə yaxın insan koronavirusdan sağalıb

cinde-50-mine-yaxin-insan-koronavirusdan-sagalib
Oxunma sayı: 1527

Çində COVID-19 epidemiyasının başlamasından bu günə qədər 80 270 yoluxma hadisəsi qeydə alınıb, onlardan 2981-i ölüb, təxminən 50 min nəfər isə sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd edək ki, ötən gün ərzində ölkədə koronavirusdan 38 ölüm hadisəsi qeydə alınıb, 119 yeni yoluxma faktı aşkarlanıb.