Çində 6,4 bal gücündə zəlzələ

cinde-64-bal-gucunde-zelzele
Oxunma sayı: 1555

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Qaşğar prefekturasında yerli vaxtla saat 21:27-də qeydə alınıb. Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib. Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, son 4 gündə muxtar rayonda qeydə alınmış 3-cü zəlzələdir. Yanvarın 16-da muxtar rayonun Ağsu prefekturasında 5,6, yanvarın 18-də isə Qaşğar prefekturasında 5,4 bal gücündə zəlzələ olmuşdu.