Çində 7 baldan güclü zəlzələ oldu

cinde-7-baldan-guclu-zelzele-oldu
Oxunma sayı: 1784

Çinin şimal-qərbində Sinxay əyalətində 7,4 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Seysmoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Qoloq-Tibet muxtar bölgəsinin Mado dairəsi yaxınlığında baş verib.

Zəlzələnin episentri 17 kilometr dərinlikdə yerləşib. Bəzi mənbələr zəlzələnin gücünün 6,9 bal olduğunu qeyd edir.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.