Çində 80 nəfər koronavirusdan ölüb

cinde-80-nefer-koronavirusdan-olub
Oxunma sayı: 1012

Çində son bir gündə koronavirusun yeni növünə yoluxan daha 24 nəfər ölüb ki, bununla da vəfat edənlərin ümumi sayı 80-nə çatıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bütün yeni ölüm halları xəstəliyin yayılmasının episentri olan Uxan şəhərinin inzibati mərkəzi olan Hubey əyalətində qeydə alınıb.

Virusa yoluxanların sayı isə 2794 nəfər təşkil edir.

Materikdən kənar ərazilərdə- Honkonqda 8, Makaoda 5, Tayvanda 8 yoluxma halı aşkar edilib. Bundan əlavə, ÇXR Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, Tailandda 7, Avstraliya və Sinqapurda 4, Yaponiya, Cənubi Koreya, ABŞ, Malayziya və Fransada 3, Vyetnamda 2 və Nepalda 1 yoluxma halı qeydə alınıb.