Çində ailələrə məhdudiyyət aradan qalxır - Çoxuşaqlı dövr yenidən başlayır

cinde-ailelere-mehdudiyyet-aradan-qalxir
Oxunma sayı: 1304

Çion hökuməti ailələrə qoyulan 2 uşaq məhdudiyyətini aradan qaldırmağa hazırlaşır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı “Ailə Planlama Qanunu”na edilən dəyişikliklər Çin Xalq Konqresinin Daimi Komitəsinə təqdim edilib.

Layihədən boşanmalar zamanı cütlüklərə 1 ay “dşüünmə zamanı” verilməsi də nəzərdə tutulub.

Dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Çində əhalinin həddən çox artımının qarşısını almaq məqsədilə 1980ci ildən etibarən ailələrdə 1-dən çox uşaq doğulması qadağan edilib. Bu qərar 2016-cı ilin 1 ynavrından etibarən isə 2 uşaq olaraq dəyişdirilib.

Hazırda rəsmi rəqəmlərə görə, Çinin 1 milyard 403 milyon əhalisi var və hər il ortalama 20 milyona yaxın yeni körpə dünyaya gəlir.