Çində aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü

cinde-aktiv-koronavirus-xestelerinin-sayi-1000-i-otdu
Oxunma sayı: 866

Çində son sutka ərzində daha 144 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 988-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 352 xəstə sağalıb.

Ölkədə 1 001 aktiv koronavirus xəstəsi var ki, onlardan da 26-nın vəziyyəti ağır qiymətləndirilir.