Çində son sutka ərzində 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 877-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 997 xəstə sağalıb.
Ölkədə 244 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.