Çində aktiv koronavirus xəstələrinin sayı 400-dən aşağı düşdü

cinde-aktiv-koronavirus-xestelerinin-sayi-400-den-asagi-dusdu
Oxunma sayı: 762

Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 852-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 842 xəstə sağalıb.

Ölkədə 374 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.