Çində bağçanın qarşısında partlayış - 7 ölü, 59 yaralı + Yenilənib

cinde-bagcanin-qarsisinda-partlayis
Oxunma sayı: 949

Çinin Çzyansu vilayətindəki bağçalardan birinin qarşısında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

İnsident yerli vaxtla 16.50-də (Bakı vaxtı ilə 12.50-də) qeydə alınıb.

Şahidlərin sözlərinə əsasən xəsarət alanların olduğu deyilir. Ancaq hələki dəqiq məlumat verilməyib.

Hadisə yerinə təcili yardım maşınları göndərilib.

***

Çində bağça qarşısında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 59 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin mərkəti televiziyası məlumat yayıb.

Yaralılardan 9-nun vəziyyətinin ağır olduğu vurğulanıb.