Çində bazarda partlayış: 10-dan çox ölü, 130-dan çox yaralı - Yenilənib

cinde-bazarda-partlayis-10-dan-cox-olu-130-dan-cox-yarali
Oxunma sayı: 1436

Çinin Şiyan şəhərində (Hubey əyaləti, Mərkəzi Çin) qaz partlayışı baş verib.

Bu barədə “Qafqazinfo” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir.

Partlayış yerli vaxtla saat 06:30-da (Bakı vaxtı ilə saat 02:30-da) Çjanvan rayonundakı bazarda qeydə alınıb. Partlayış nəticəsində bazarın binası ciddi zərər çəkib, yaxınlıqdakı evlərin pəncərələrinin şüşələri qırılıb. 

Həmçinin azı 11 nəfər həyatını itirib, 133 nəfər yaralanıb. Onlardan 37-si ağır vəziyyətdədir.  

Fövqəladə hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Ölənlərin sayı 12-yə, yaralananların sayı 138-ə çatıb.